Avropa İttifaqının (Aİ) Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi, Avropa Komissiyasının Vitse-prezidenti Kaya Kallas Azərbaycana səfərə gəlib.
Reyting.az xəbər verir ki, bu barədə Aİ-nin Azərbaycandakı Nümayəndəliyindən bildiriblər.
Kallas qeyd edib ki, Azərbaycan Avropa İttifaqı üçün dəyərli və etibarlı enerji tərəfdaşıdır, ona görə də bu gün Bakıda olmaqdan məmnundur.
Onun sözlərinə görə, xüsusilə ticarət, nəqliyyat və rəqəmsal texnologiyalar sahəsində əməkdaşlığımızın dərinləşdirilməsi üçün aşkar potensial var.
“Əlbəttə ki, insan hüquqları üzrə açıq və səmimi dialoq bizim fəaliyyətimizin ayrılmaz hissəsi olaraq qalır", - Aİ rəsmisi əlavə edib.