Advert
Advert

Kaliforniyada 18 milyon ton "ağ qızıl" tapılıb

Tarix:
Kaliforniyada 18 milyon ton
Reklam

ABŞ-da, Kaliforniya ştatının geoloji qrupu yerin dərinliklərindən 18 milyon tona yaxın "ağ qızıl" aşkar ediblər.

Reyting.az-ın məlumatına görə, ştatın ərazisində aparılmış dərin qazıntılar zamanı geoloqlar əvvəllər tamamilə əhəmiyyətsiz hesab edilən litium ehtiyatları tapıblar ki, bu yeni kəşf ancaq ABŞ-da yox, qlobal enerji bazarında da çox böyük maraq doğurub.

Yeni yataqlar bir neçə nəsil üçün enerji tələbatını tam qarşılaya biləcək qədər nəhəngdir. Bu səbəbdən mütəxəssislər Kaliforniya ştatını "Litium vadisi" adlandırmağa başlayıblar.

Ekspertlər bildiriblər ki, bölgədə ildə 25 min tondan çox litium hasil etmək və 50 MVt-a qədər bərpa olunan enerji istehsalı mümkündür. Bu isə Kaliforniya ştatını çox böyük istehsalçı kimi enerji keçidində əsas oyunçulardan birinə çevirə biləcək.

Oqtay Qorçu
 

Reklam