Advert
Advert

Kəşfiyyat: İran bir il ərzində nüvə silahı əldə edə bilər

Tarix:
Kəşfiyyat: İran bir il ərzində nüvə silahı əldə edə bilər
Reklam

ABŞ kəşfiyyatı son ABŞ-İsrail hücumlarının İranın nüvə proqramına həlledici zərbə vurmadığı qənaətinə gəlib.

Reyting.az “Reuters” agentliyinə istinadla bildirir ki, qiymətləndirmələrlə tanış olan mənbələrin fikrincə, nüvə silahının hazırlanması üçün vaxt cədvəli mahiyyət etibarilə dəyişməz qalır.

Xatırladaq ki, ötən yay analitiklər hücumlardan sonra İranın nüvə bombası hazırlamaq üçün təxminən bir ilə ehtiyac duyacağını bildirmişdilər. İki aylıq müharibədən sonra isə bu qiymətləndirmə dəyişməyib.

ABŞ Prezidenti Donald Tramp tərəfindən başlanan münaqişə Tehranın nüvə ambisiyalarını dayandırmaq məqsədi daşısa da, 7 apreldə elan olunan atəşkəsdən sonra döyüşlər dalana dirənib.

28 fevralda başlayan ABŞ-İsrail hücumları əsasən hərbi hədəfləri əhatə edib. Eyni zamanda, İsrail nüvə infrastrukturuna ayrıca zərbələr endirib.

İyun ayında ABŞ İranın əsas nüvə mərkəzləri - Nətənz, Fordo və İsfahana zərbələr endirib. Nəticədə üç uran zənginləşdirmə zavodu dağıdılıb və ya ciddi şəkildə zədələnib. Buna baxmayaraq, kəşfiyyat İranın hələ də əsas nüvə materiallarını saxladığına inanır.

Beynəlxalq müfəttişlər təxminən 440 kq, 60 faizə qədər zənginləşdirilmiş uranı aşkar edə bilməyiblər. Bu materialın bir hissəsinin yeraltı tunellərdə gizlədildiyi ehtimal olunur.

Beynəlxalq Atom Enerjisi Agentliyi hesab edir ki, bu ehtiyatlar daha da zənginləşdirilərsə, 10-a qədər nüvə silahı istehsal etmək mümkündür.

Müharibədən əvvəl İranın 3-6 ay ərzində nüvə silahı istehsal edə biləcəyi bildirilirdi. Zərbələrdən sonra bu müddət təxminən 9-12 aya qədər uzanıb və o vaxtdan bəri dəyişməz qalıb. Bunun əsas səbəbi hücumların xarakteri ilə bağlıdır. ABŞ birbaşa nüvə obyektlərinə deyil, daha çox hərbi infrastruktur və rəhbərliyə zərbələr endirib.

Keçmiş kəşfiyyat analitiki Erik Breuer bildirib ki, böyük ehtimalla İran yerin dərinliyində yerləşən nüvə materiallarını qoruyub saxlayıb.

Y. Qacar
 

Reklam