Advert
Advert

İtkin düşən amerikalı əsgərlərin axtarışı davam edir 

Tarix:
İtkin düşən amerikalı əsgərlərin axtarışı davam edir 
Reklam

Bir müddət əvvəl keçirilmiş "African Lion" hərbi təlimləri zamanı Mərakeş sahillərində itkin düşən iki amerikalı əsgərin axtarışları üçün 600-dən çox hərbçi cəlb olunub.

Reyting.az-ın "Associated Press" agentliyinə istinadla verdiyi məlumata görə, axtarışlar artıq beşinci gündür davam etsə də, komandanlıqdan bildiriblər ki, bu günə qədər heç bir nəticə əldə edilməyib. 

ABŞ Müdafiə Nazirliyi nümayəndəsinin sözlərinə görə, ABŞ, Mərakeş və digər ölkələrin hərbçiləri sahilboyu ərazilərdə, həmçinin okeanın su, eləcə də quru sahələrində artıq 45 kvadrat kilometrdən çox ərazini yoxlayıblar.

İtkin düşən əsgərlər ötən həftə "Cap Draa" poliqonu yaxınlığında yoxa çıxıblar. İlkin ehtimala görə, onlar gəzinti zamanı okeana düşüblər. 

Bununla belə, ABŞ-ın, o cümlədən 30-dan çox ölkənin iştirakı ilə hələ də davam edən bu təlimlərdə ümumilikdə 7 min nəfərdən artıq hərbçinin iştirak etdiyi, eləcə də hərbi tədbirin cümə günü başa çatacağı bildirilir.

Oqtay Qorçu
 

Reklam