Advert
Advert

İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 4304-ə çatıb

Tarix:
İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 4304-ə çatıb
Reklam

Mart ayının 2-dən bəri İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 4304 nəfərə çatıb.

Reyting.az xəbər verir ki, bunu Livanın Səhiyyə Nazirliyi bildirib.

Nazirliyin məlumatına görə, bu müddət ərzində İsrail hücumlarında 4304 nəfər ölüb, 12203 nəfər yaralanıb.

Atəşkəs və əldə edilən razılaşmalara baxmayaraq İsrail hücumlarını davam etdirir.

Bu arada, ABŞ və İran arasında imzalanan razılaşmaya baxmayaraq, İsrail ordusu Livanın cənubuna zərbələr endirməyə davam edir.

Livanın rəsmi xəbər agentliyi NNA-nın məlumatına görə, Nəbatiyyə qubernatorluğunun Kefertebnit kəndi yaxınlığındakı Əli Tahir Təpəsi ətrafındakı ərazi artilleriya atəşinə tutulub.

V. Quliyev
 

Reklam