İranla münaqişənin başlanğıcında ABŞ və İsrail İslam Respublikasının keçmiş prezidenti Mahmud Əhmədinejadı ev dustaqlığından azad etməklə ölkədə hakimiyyət dəyişikliyinə cəhd göstəriblər.
Reyting.az xəbər verir ki, bu barədə “The New York Times” Ağ Ev rəsmilərinə istinadən məlumat yayıb.
Məlumata görə, İsrail keçmiş prezidentin saxlandığı mənzili hədəfə alıbmış. Amma “cəsarətli plan” uğursuz olub - Əhmədinejad yaralanıb və sağ qalsa da, hökuməti dəyişdirmək planından məyus olub. O, bundan sonra ictimaiyyət qarşısına çıxmayıb; onun yeri və vəziyyəti məlum deyil.
Qeyd olunur ki, əvvəllər heç bir məlumat verilməyən əməliyyat İsrailin İranın teokratik hökumətini devirmək üçün çoxmərhələli planın bir hissəsi imiş.
Y. Qacar