Advert
Advert

İsraildən Türkiyəyə psixoloji təzyiq artır

Tarix:
İsraildən Türkiyəyə psixoloji təzyiq artır
Reklam

Son vaxtlar Turkiyə ilə İsrail arasında gərginlik artmaqdadır. Hətta İsrailin Türkiyəyə qarşı hərbi ittifaqda təmsil olunması gələcəkdə mümkün müharibə ehtimalını gündəmə gətirir.

Professor Qabil Hüseynli “Reytinq” qəzetinə bildirib ki, müəyyən açıqlamalar səslənsə də, gələcəkdə İsrail-Türkiyə müharibəsinin baş verəcəyinə inanmır.

Onun sözlərinə görə, İsrail Türkiyə ilə müqayisədə kiçik dövlətdir. İranla müharibə göstərdi ki, İsrailə silah əsasən Amerikadan gəlir və əslində ABŞ olmadan uzunmüddətli müharibə aparmaq imkanları məhduddur. Türkiyə isə həm böyük dövlətdir, həm də nizamlı orduya malikdir və türk ordusu NATO daxilində ikinci ən güclü ordu sayılır.

Q. Hüseynli əlavə edib ki, Türkiyəyə qarşı əsassız iddialar səsləndirmək olmaz: “Türkiyə yerləşdiyi regionda daha güclüdür və getdikcə nüfuzunu artırır. Hesab edirəm ki, İsraildə Türkiyəni hədəfə alan ekspertlər və siyasətçilər ciddi düşünməli, qarşıdurma yarada biləcək ifadələrdən çəkinməlidirlər”.

Professor xatırladıb ki, Türkiyə əvvəllər raket sənayesi sahəsində çətinliklər yaşasa da, son illər hərbi sənaye baxımından xeyli güclənib: “Hazırda Türkiyə min kilometr məsafəni qət edən raketlər istehsal edir. Bu raketlər Suriya vasitəsilə asanlıqla İsrailə çata bilər. Eyni zamanda Türkiyənin dron sistemləri də olduqca müasirdir. Qısası, Türkiyə hərbi baxımdan güclü dövlətdir və bu amil digər dövlətləri onunla hesablaşmağa vadar edir”.

Q. Hüseynli bildirib ki, İsraildən səsləndirilən anti-Türkiyə açıqlamaları daha çox psixoloji təzyiq xarakteri daşıyır: “Mən belə bəyanatları ciddi hesab etmirəm. Çünki imkanlar qeyri-bərabərdir”.

Nemət Orucov
Reyting.az
 

Reklam