ABŞ lideri Donald Tramp Vaşinqtonda keçirilən son danışıqlardan sonra İsrail və Livanın aprelin 16-sı saat 21:00-dan başlayaraq 10 günlük atəşkəsə razılaşdıqlarını açıqlayıb.
Reyting.az-ın xarici KİV-ə istinadla verdiyi məlumata görə, Tramp deyib ki, indicə Livanın möhtərəm prezidenti Cozef Aun və İsrailin baş naziri Netanyahu ilə yaxşı söhbətlər edib.
Bu bəyanat ABŞ-ın vasitəçiliyi ilə Livan və İsrail nümayəndə heyətləri arasında çərşənbə axşamı Vaşinqtonda Dövlət Departamentində baş tutan danışıqlardan sonra verilib. Amma Livanın “Hizbullah” silahlı qruplaşması görüşdə təmsil olunmayıb və bu təşəbbüsü rədd edib.
Y. Qacar