İsrail Prezidenti İshak Herzoq hazırkı mərhələdə Baş nazir Binyamin Netanyahunun əfv ərizəsinə cavab verməyi planlaşdırmır. İshak Herzoq korrupsiya işində Binyamin Netanyahunu əfv etmək üçün, ilk növbədə ondan günahını etiraf etməsini istəyir.
Reyting.az xəbər verir ki, bu barədə “New York Times” qəzeti yüksək rütbəli İsrail rəsmilərinə istinadən məlumat yayıb.
Nəşrin məlumatında deyilir: “Hersoq yaxın gələcəkdə Netanyahunu əfv etməyi planlaşdırmır. Bunun əvəzində o, ilk növbədə cinayətin etirafına dair razılaşma əldə etmək üçün vasitəçilik prosesini başlatmağa cəhd edəcək”.
E. Kamal