İsrail ordusu Livan ərazisinə yeni zərbələr endirib. Ordunun mətbuat xidməti bildirib ki, hədəf şiə təşkilatı “Hizbullah”ın infrastruktur obyektləri olub.
Reyting.az xəbər verir ki, İsrail ordusunun məlumatına görə, zərbələr, xüsusən ölkənin şərqindəki Bekaa vadisinə və "Livanın bir sıra digər ərazilərinə" endirilir.
Livana zərbələrin davam edəcəyi bildirilir.
E. Kamal