2025-ci il oktyabrın 10-dan qüvvədə olan atəşkəs razılaşmasına baxmayaraq, İsrail Qəzzanın müxtəlif bölgələrini vurmaqda davam edir.
Reyting.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekalı məlumat yayıb.
İsrail ordusunun Qəzza zolağının cənubunda məcburi köçkünlər üçün salınmış çadır düşərgəsinə havadan basqın etməsi nəticəsində 6 yaşlı qız və bir qadın həlak olub, əksəriyyəti uşaq və qadınlardan ibarət 20 nəfər yaralanıb.
Tibbi mənbələrin məlumatına görə, İsrailin “Apaçi” helikopterləri Qəzza zolağının cənubundakı Xan Yunusun Mevasi məhəlləsində məcburi köçkün fələstinlilərin yerləşdiyi çadırları intensiv atəşə tutub.
V. Quliyev