Baş nazir Benyamin Netanyahu İsrailin qonşu Livandakı hərbi əməliyyatlarının davam edəcəyini və İranın dəstəklədiyi “Hizbullah” yaraqlılarını əzəcəyini deyib.
Reyting.az xəbər verir ki, İsrail Livanın minlərlə mülki sakininin ölümünə və yaralanmasına, eləcə də bir milyondan çox insanın didərgin düşməsinə səbəb olan hücumlarından geri çəkilmək üçün təzyiq altındadır.
Beynəlxalq ictimaiyyət İsraili hücumlarını dayandırmağa və dialoqa başlamağa çağırsa da, Təl-Əviv bu günə qədər xahişlərə məhəl qoymayıb.
Bunun əvəzinə, Ordu Baş Qərargah rəisi general-leytenant Eyal Zamir çərşənbə günü Livandakı İsrail qoşunlarına bildirib: "Livanın cənubunun Litani (çayı) xəttinə qədər bütün ərazisinin “Hizbullah” terrorçularının öldürülmə zonasına çevrilməsini əmr etmişəm".
Zamir əlavə edib ki, İsrail ordusu irəliləyir və “Hizbullah” geri çəkilir.
V. Quliyev