Advert
Advert

İsrail İranla yenidən müharibəyə başlaya bilər

Tarix:
İsrail İranla yenidən müharibəyə başlaya bilər
Reklam

İran İsrail ərazisinə raket zərbələri endirərsə, ölkə sabahdan etibarən İranla müharibə vəziyyətində qala bilər.

Reyting.az xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Katz deyib.
 
“Ynet” portalı Katza istinadla yazır ki, İsrail Müdafiə Qüvvələrinə (İMQ) zəruri hallarda İrana qarşı müstəqil hərbi əməliyyat planı hazırlamaq tapşırılıb.

O, ABŞ-ın vasitəçiliyi ilə davam edən danışıqlara baxmayaraq, İranın hər hansı bir raket hücumuna qəti cavab veriləcəyini söyləyib.

Katz deyib: "İranın İsrailə atəş açdığı heç bir vəziyyəti qəbul etməyəcəyik. Bu, Amerika tərəfinə də aydın şəkildə bildirilib. İsrail Müdafiə Qüvvələri sadəcə olaraq hadisələrin belə bir inkişafını gözləyir və tam hazırlıq vəziyyətindədir. Hədəflər artıq müəyyən edilib".

E. Kamal
 

Reklam