Advert
Advert

İsrail hərbçiləri Fələstində evləri talayır

Tarix:
İsrail hərbçiləri Fələstində evləri talayır
Reklam

İsrail əsgərləri İordan çayının qərb sahilində fələstinli ailənin evini dağıdıb.

Reyting.az xəbər verir ki, bu barədə Fələstinin rəsmi xəbər agentliyi “WAFA” məlumat yayıb. 

Məlumata görə, dağıdılan ev 10 nəfərlik ailəyə, Fələstin əmiri Bessam əl-Cafirə məxsus olub. 

Bildirilir ki, İsrail əsgərləri Əl-Xəlilin Tərkumiyyə qəsəbəsinin Şəab əl-Bir məhəlləsində reyd keçirib. Qəsəbəyə ağır texnikanın müşayiəti ilə daxil olan əsgərlər fələstinli ailəyə məxsus iki mərtəbəli evi talan etdikdən sonra mülkiyyət sənədlərinin olmasına baxmayaraq tikilini söküblər.

V. Quliyev

Reklam