“Netanyahu hücumun başlanğıcından bəri Livana ən sərt hücumları həyata keçirib”.
Reyting.az xəbər verir ki, bunu İspaniyanın baş naziri Pedro Sançez bildirib.
“Onun həyata və beynəlxalq hüquqa etinasızlığı qəbuledilməzdir. Livan atəşkəs müqaviləsinə daxil edilməlidir. Beynəlxalq ictimaiyyət beynəlxalq hüququn bu yeni pozuntusunu pisləməlidir. Avropa İttifaqı İsrail ilə Assosiasiya Sazişini dayandırmalıdır. Bu cinayətkar əməllərə görə cəzasızlıq olmamalıdır”, - deyə baş nazir əlavə edib.
Qeyd edək ki, İspaniya hökuməti İranla müharibə zamanı ABŞ-a öz ölkəsində olan bazalardan istifadəni bloklayıb və prezident Donald Trampın İran kampaniyasını açıq tənqid edən yeganə Avropa ölkəsi olub.
E. Kamal