İslamabadda keçirilən İran-ABŞ danışıqlarında iştirak edən İran rəsmilərini daşıyan təyyarədə geri qayıdan vəzifəli şəxsləri təhdid ediblər.
Reyting.az xəbər verir ki, bunu İranın nüvə danışıqları qrupunda məsləhətçi vəzifəsində çalışan və İslamabada gedən komandanın üzvü professor Məhəmməd Marandi bildirib.
Professor deyib ki, geri qayıdan komandanı daşıyan təyyarə təhdidlər səbəbindən marşrutunu dəyişib və Məşhədə eniş edib. Daha sonra heyət üzvləri qatar və avtomobil yolu ilə Tehrana çatıblar.
Təhdidin kimlər tərəfindən olduğu barədə məlumat verilmir.
V. Quliyev