“İraqda İslami Müqavimət”in tərkibinə daxil olan hərbi şiə qruplaşmaları İraq ərazisi daxilində və xaricində ABŞ və İsrail hədəflərinə qarşı hərbi əməliyyatları iki həftəlik dayandırdıqlarını elan ediblər.
Reyting.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Radikal qruplaşmanın “Əl-Ərəbiyyə” telekanalının efirində yayılan bəyanatda deyilir: “Biz ölkə daxilində və xaricində hərbi əməliyyatların iki həftəlik dayandırıldığını elan edirik”.
V. Quliyev