Cümə axşamı İraq parlamenti Baş nazir Əli əl-Zaidi hökumətini və onun nazirlik proqramını təsdiq edib.
Reyting.az xəbər verir ki, bu barədə İraqın rəsmi Xəbər Agentliyi (İNA) məlumat yayıb.
Əl-Zaidi və parlamentin etimad səsverməsini alan 14 namizədi nazir kimi konstitusiya andı içərək rəsmən vəzifələrinin icrasına başlayıblar.
Agentliyin məlumatında o da qeyd olunur ki, parlamentin 329 üzvündən 270-i iclasda iştirak edib.
Y. Qacar