ABŞ və İsrailin hərbi qüvvələri İranın dinc nüvə obyektlərinə və qurumlarına yeni zərbələr endirib.
Reyting.az xəbər verir ki, bu barədə İran xarici işlər naziri Abbas Əraqçinin BMT Baş katibi Antonio Quterreşə və BMT Təhlükəsizlik Şurasının üzvlərinə ünvanladığı məktubda bildirilir.
Əraqçi məktubunda bu qanunsuz hücumların ağır humanitar və ekoloji nəticələri barədə xəbərdarlıq edib.
Məktubun surəti Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossiyə göndərilib.
Qeyd edək ki, ABŞ və İsrail qüvvələri Buşehr Atom Elektrik Stansiyasına daha bir zərbə endirib.
V. Quliyev