Advert
Advert

İranın baş diplomatı Sankt-Peterburqa gəlib

Tarix:
İranın baş diplomatı Sankt-Peterburqa gəlib
Reklam

İranın xarici işlər naziri Abbas Əraqçi bu gün Rusiya Federasiyasının yüksək vəzifəli şəxsləri ilə görüşəcək. 

Reyting.az xəbər verir ki, bu barədə İran İslam Respublikasının rəsmi İnformasiya Agentliyi – İRNA “Telegram” kanalında məlumat yayıb. 

Bildirilir ki, İran–Rusiya ikitərəfli münasibətləri, regional və beynəlxalq hadisələr müzakirə olunacaq.

Əraqçi Sankt-Peterburqa bazar günü axşam Pakistandan yola düşüb. Nazirin Rusiya Prezidenti Vladimir Putin tərəfindən qəbul ediləcəyi gözlənilir. Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov Abbas Əraqçi ilə telefon danışığı aparıb.

Y. Qacar
 

Reklam