Advert
Advert

İrana qarşı yeni koalisiya yaratmağa çalışırlar

Tarix:
İrana qarşı yeni koalisiya yaratmağa çalışırlar
Reklam

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Qətər və Səudiyyə Ərəbistanını İrana qarşı koalisiya yaratmağa çağırıb.

Reyting.az xəbər verir ki, bu barədə “Bloomberg” öz mənbələrinə istinadla məlumat yayıb.

“Birləşmiş Ərəb Əmirlikləri Səudiyyə Ərəbistanı və Qətəri İranın zərbələrinə qarşı əlaqələndirilmiş hərbi cavab verməyə razı salmağa çalışsa da, regional tərəfdaşlarının imtina etməsi səbəbindən uğursuz olub”,- agentliyin mənbələri qeyd ediblər.

Nəşrin mənbələrinə görə, BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ABŞ və İsrailin 28 fevralda İrana hücumlarından sonra Körfəz liderləri, xüsusən də Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salmanla bir sıra telefon danışıqları aparıb.

Mənbələrə görə, Əbu-Dabi, cavab olaraq bölgədəki ölkələrə yüzlərlə dron və raketlə hücum edən Tehrana qarşı birgə çəkindirmənin vacibliyində israr edib.

Lakin Səudiyyə Ərəbistanı və Qətər münaqişənin onlara birbaşa təsir etmədiyini bildirərək hər hansı bir hərbi koordinasiyada iştirak etmək istəməyiblər. Mənbələrə görə, bu, BƏƏ və Səudiyyə Ərəbistanı arasında münasibətlərin pisləşməsinə səbəb olub.

Danışıqlar zamanı Məhəmməd bin Zayed vurğulayıb ki, Körfəz Əməkdaşlıq Şurası İslam İnqilabından sonra İrandan gələn təhdidlərə cavab olaraq yaradılıb. Buna baxmayaraq, regiondakı bəzi ölkələr deeskalasiya və diplomatiyaya üstünlük verərək birbaşa hərbi müdaxilədən yayınmağa çalışıblar.

Xatırladaq ki, İranın Körfəz ölkələrinə, xüsusən də enerji obyektlərinə hücumları ciddi ziyana səbəb olub və regionda gərginliyi artırıb. Eyni zamanda, bir sıra dövlətlər - xüsusən də Qətər, Küveyt və Bəhreyn - təmkinli mövqe tutub və birbaşa müdaxilədən çəkiniblər.

E. Kamal
 

Reklam