Yaxın Şərqdəki hərbi münaqişə qlobal iqtisadi artımı ləngidəcək və inflyasiyanı sürətləndirəcək.
Reyting.az “Reuters”-ə istinadla xəbər verir ki, bunu Dünya Bankının prezidenti Ajay Banqa bildirib.
Onun sözlərinə görə, əgər son münaqişədən əvvəl qlobal ÜDM artımının 2,8-3,0 faiz olacağını desək, baza ssenarisi üzrə bu, çox güman ki, 0,3-0,4 faiz bəndi azalacaq. Daha ağır ssenari üzrə isə 1 faiz bəndi və ya daha çox azalma olacaq.
Dünya Bankının rəhbəri əlavə edib ki, Yaxın Şərqdəki münaqişə, xüsusən də idxal olunan neft, gübrə, kükürd və heliumdan asılı olanlara təsir göstərir.
R. Rəcəbov