İran zənginləşdirilmiş uranı ABŞ-a göndərməyi planlaşdırmır və bu məsələ danışıqlar mövzusu deyil.
"ISNA"-nın məlumatına görə, bu barədə İran xarici işlər nazirinin müavini Səid Xətibzadə bildirib.
Onun sözlərinə görə, Tehran və Vaşinqton arasında müəyyən mesaj mübadiləsi aparılıb, lakin ABŞ-ın irəli sürdüyü tələblər İran üçün qəbuledilməz dərəcədə sərtdir.(APA)