İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) 98-ci hücum dalğası zamanı Küveytdəki Əli əl-Salem aviabazasını, İraqdakı Viktori düşərgəsini, Tel-Əvivin şimal və cənubundakı Hayfa, Petah Tikva və Beer-Şevadakı əraziləri hədəfə alıb.
Reyting.az xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mətbuat xidməti bildirib.
“Tasnim” agentliyinin məlumatına görə, İİKK həmçinin Küveytdəki Əl-Adiri bazasında helikopter anqarlarını məhv edib.
V. Quliyev