İranın dörd neft tankeri ABŞ-ın Hörmüz boğazında tətbiq etdiyi blokadanı yarıb.
Reyting.az xəbər verir ki, bu barədə “TankersTrackers” müstəqil analitika şirkəti peyk məlumatlarına istinadən məlumat yayıb.
Məlumata görə, mövcud məhdudiyyətlərə baxmayaraq, İranın dörd neft tankeri Hörmüz boğazından keçərək ölkənin ərazi sularına daxil ola bilib.
Hazırda Çabahar limanında İranın doqquz neft tankeri var. Bu, aprelin 21-də orada yerləşən beş gəmi ilə müqayisədə daha çoxdur.
Qeyd olunur ki, aprelin 22-də Hörmüz boğazındakı vəziyyətə görə yanacaq çatışmazlığı ilə üzləşən bir sıra ölkələrin müraciəti əsasında ABŞ Rusiya və İran neftinin dəniz yolu ilə daşınmasına tətbiq edilən sanksiyaların yumşaldılmasını 30 gün müddətinə uzadıb.
Onu da qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazını tam bağladıqlarını və ABŞ Hərbi Dəniz Qüvvələrinin razılığı olmadan heç bir gəminin boğaza giriş-çıxışının mümkün olmadığını bildirib.
V. Quliyev