İranın "Huge" tankeri ABŞ blokadasını keçərək İndoneziya sahillərinə çatıb.
Reyting.az xəbər verir ki, bunu “Bloomberg” nəşri TankerTrackers məlumatlarına istinadla bildirib.
Peyk məlumatlarına görə, İran bayrağı altında üzən "Huge" tankeri ABŞ-ın İran limanlarını blokadaya aldığını elan etdikdən qısa müddət əvvəl, 13 apreldə Çabaharda lövbər salıb. Bazar günü tanker Bali sahillərində siqnal verib və peyk izləməsi gəminin yerini təsdiqləyib.
TankerTrackers aydınlaşdırıb ki, bu tanker ABŞ blokadasını keçə bilən yeganə tankerdir.
ABŞ-ın Yaxın Şərqdəki Mərkəzi Komandanlığı (CENTCOM) əvvəllər 13 apreldə blokada başlayandan bəri 50 gəmini blokadaya aldığını və İran tankerlərini Çabahara yönləndirdiyini bildirmişdi. Agentliyin məlumatına görə, son günlərdə liman yaxınlığındakı sularda qalan İran gəmilərinin sayı artıb.
V. Quliyev