Tehran son təklifinə ABŞ-ın verdiyi cavabı nəzərdən keçirir.
Reyting.az xəbər verir ki, “Nour News”-un məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai bildirib.
Agentlik Bəqaiyə istinad edərək yazıb ki, 14 bənddən ibarət olan İran qətnaməsinin ilkin mətninə əsasən bir neçə kommunikasiya mübadiləsi aparılıb.
XİN sözçüsü əlavə edib ki, İran Amerika tərəfinin fikirlərini araşdırır.
Agentlik aydınlaşdırıb ki, Vaşinqton və Tehran təklif olunan atəşkəs sənədinin mətni ilə bağlı Pakistan vasitəsilə mesaj mübadiləsi aparırlar.
Daha əvvəl “Tasnim” Xəbər Agentliyi məlumatlı mənbəyə istinadla ABŞ-ın İranın əvvəlki təkliflərinə Pakistan vasitəsilə cavab göndərdiyini bildirib.
Agentliyin mənbəyi qeyd edib ki, Tehran mətni nəzərdən keçirsə də, hələ cavab verməyə hazır deyil.
E. Kamal