Advert
Advert

İran ordusu ABŞ və İsraillə müharibənin bitdiyini düşünmür

Tarix:
İran ordusu ABŞ və İsraillə müharibənin bitdiyini düşünmür
Reklam

İran Silahlı Qüvvələri ABŞ-la müharibəni tam bitmiş hesab etmir, çünki hərbi şərtlər hələ də qüvvədədir. 

Reyting.az xəbər verir ki, bunu İran ordusunun sözçüsü Məhəmməd Əkrəminiya deyib.

"Biz müharibənin bitdiyini düşünmürük. Hazırkı vəziyyətimiz hələ də müharibə dövrü hesab olunur. İran xalqı əmin ola bilər ki, düşmən yenidən təcavüzə əl atsa, yeni silahlar və İranın yeni cavabı ilə qarşılaşacaq", - deyə o, dövlət televiziyasında bildirib.

ABŞ və İsrail 28 fevralda İrana qarşı hərbi əməliyyata başlayıblar. 7 apreldə ABŞ Prezidenti Donald Tramp İranla iki həftəlik atəşkəs elan edib. İran tərəfinin məlumatına görə, müharibənin 40 günü ərzində ABŞ-İsrail hücumlarında 3375 nəfər həlak olub. 11 apreldə İran və ABŞ İslamabadda bir neçə dəfə danışıqlar aparıblar, lakin sonradan hər iki tərəf bir sıra ziddiyyətlərə görə münaqişənin uzunmüddətli həlli barədə razılığa gələ bilmədiklərini bildiriblər. 

E. Kamal
 

Reklam