Advert
Advert

İran müdafiə mövqeyini gücləndirməyə çalışır

Tarix:
 İran müdafiə mövqeyini gücləndirməyə çalışır
Reklam

“İranın ABŞ və İsrail ilə münaqişəsi bitməyib. İslam Respublikası bütün cəbhələrdə müdafiə mövqeyi tutmağa davam edir”.

Reyting.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmisi Səid Xətibzadə bildirib.

Diplomat deyib ki, müharibənin bitdiyini demək çətindir: “Müharibə bütün cəbhələrdə bitənə qədər sülhə zəmanət verilə bilməz. Buna görə də İran müxtəlif cəbhələrdə yüksək hazırlıqlı və müdafiə mövqeyində qalmağa davam edəcək". 

S. Xətibzadə əlavə edib ki, İslam Respublikasının məqsədi ABŞ-ın İran daxilində hər hansı məqsədinə çatmasının qarşısını almaqla "təcavüzkarı məğlub etməkdir".

E. Kamal
 

Reklam