İran diplomatik nümayəndəliklərinə zərbələrin oxşar cavabla qarşılanacağını iddia edir.
Reyting.az-ın məlumatına görə, Xatəmül-Ənbiya Hərbi Komandanlığının İran Mərkəzi Qərargahının sözçüsü İbrahim Zülfəqari bildirib ki, İsrail tərəfi İslam Respublikasının hər hansı bir səfirliyinə və ya diplomatik mərkəzinə hücum edərsə, bu ölkənin bölgədəki səfirlikləri İran üçün qanuni hədəfə çevriləcək.
Bəyanatda deyilir ki, İran İslam Respublikasının hər hansı bir səfirliyinə və ya diplomatik mərkəzinə qarşı hər hansı hücum və ya təcavüz olarsa, bu rejimin (İsrail - red.) bölgədəki bütün səfirlikləri İslam İranının güclü silahlı qüvvələri üçün qanuni hədəf halına gələcək.
Qeyd edək ki, ABŞ və İsrail 28 fevraldan Tehran şəhəri də daxil olmaqla, İrandakı hədəflərə zərbələr endirməyə başlayıblar. İran buna İsrail ərazisinə, eləcə də Yaxın Şərqdəki ABŞ hərbi obyektlərinə zərbələrlə cavab verir.
E. Kamal