Advert
Advert

İran Hörmüz boğazından ildə 64 milyard dollar qazana bilər

Tarix:
 İran Hörmüz boğazından ildə 64 milyard dollar qazana bilər
Reklam

İranın Hörmüz boğazından gəmi keçidindən əldə etdiyi illik gəlir ən azı 64 milyard dollara çata bilər.

Reyting.az xəbər verir ki, bu, İranın dövlət televiziyasının sədr müavini Həsən Abedininin hesablamalarıdır.

Onun fikrincə, gəmidən 2 milyon dollar rüsum alınacağı təqdirdə, ildə ən azı 64 milyard dollar qazanmaq mümkündür.

Sədr müavini dövlət televiziyasında bildirib: "Hörmüz boğazı İranın ehtiyatlı idarəetməsi altında bir dəhlizə çevrilib. Ötən il boğazdan 32.000 gəminin keçdiyini və hər gəmidən 2 milyon dollarlıq rüsum alındığını nəzərə alsaq, İran təxminən 64 milyard dollar qazana bilər".

V. Quliyev

Reklam