Advert
Advert

İran ABŞ və İsrailin müttəfiqlərindən təzminat tələb edir

Tarix:
İran ABŞ və İsrailin müttəfiqlərindən təzminat tələb edir
Reklam

İran ABŞ və İsrailin bölgədəki müttəfiqlərindən – Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ və İordaniyadan təzminat tələb edir. 

Reyting.az xəbər verir ki, bu barədə İran hökumətinin rəsmi nümayəndəsi Fatema Mohacerani yerli mediaya açıqlamasında bildirib. 

Tehran bu ölkələrin ərazisindən  endirilən raket zərbələri nəticəsində dəymiş ziyanı ilkin olaraq 270 milyard dollar qiymətləndirib.

“İlkin və təxmini rəqəmlər müttəfiqlərin bu günə qədər İrana 270 milyard dollar ziyan vurduqlarını göstərir”,- deyən Mohacerani sözlərinə onu da əlavə edib ki, daha dəqiq rəqəmlər hökumətin iqtisadi bloku tərəfindən müəyyən ediləcək, bu heyət qiymətləndirməni bir neçə mərhələdə həyata keçirir.

E. Kamal
 

Reklam