ABŞ İran İslam Respublikasına qarşı dəniz blokadasını ləğv edərsə, İslamabadda ABŞ-İran danışıqları bərpa oluna bilər.
Reyting.az xəbər verir ki, bunu İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani deyib.
SNN telekanalı onun sözlərini sitat gətirib:
"ABŞ-ın dəniz blokadası atəşkəsin pozulmasıdır. Biz onlara bu blokadaya son qoymalarını söylədik. Düşünürəm ki, onlar bu blokadanı dayandıran kimi İslamabadda danışıqların növbəti mərhələsi keçiriləcək".
Y. Qacar