İran xaricdəki aktivlərinin dondurulması ləğv edilənə qədər ABŞ ilə danışıqları bərpa etməyəcək.
Reyting.az xəbər verir ki, bu barədə məlumatı “Fars” xəbər agentliyi yayıb.
Mənbə bildirib ki, İran nümayəndələri Qətərə səfərləri zamanı əvvəllər dondurulmuş vəsaitlərə çıxış mexanizmi ilə bağlı son fikir ayrılıqlarını həll etməyə çalışırlar.
Daha əvvəl “Tasnim” xəbər agentliyi bildirmişdi ki, Tehran və Vaşinqton arasında s0ülh sazişinin bir hissəsi olacaq anlaşma memorandumuna əsasən İranın təxminən 24 milyard dollarlıq vəsaitinin dondurulması aradan qaldırıla bilər.
E. Kamal