Advert
Advert

İran ABŞ-ı “ağır dərs” verməklə hədələyir

Tarix:
İran ABŞ-ı “ağır dərs” verməklə hədələyir
Reklam

İran hərbçiləri atəşkəs dövründə ölkənin ərazisinə hücumlar təşkil ediləcəyi təqdirdə ABŞ və İsrailə “ağır dərs” verməyə hazırdırlar.
 
Reyting.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb. 

Deyilir ki, bu hədə ilə İran Silahlı Qüvvələrinin Xatəm əl-Ənbiya Mərkəzi Qərargahının sözçüsü çıxış edib. 

Qərargah rəsmisi deyib ki, İrana qarşı təcavüz və ya hər hansı bir hərəkət olarsa, dərhal əvvəlcədən müəyyən edilmiş hədəflərə güclü zərbə endiriləcək və ABŞ və İsrailə əvvəlkindən daha sərt “dərs” veriləcək.
 
E. Kamal
 

Reklam