İran ordusu İslam Respublikasına məxsus bir gəminin ələ keçirilməsinə cavab olaraq ABŞ hərbi gəmilərinə qarşı dron hücumları həyata keçirib.
Reyting.az xəbər verir ki, bu barədə “Tasnim” xəbər agentliyi İran Silahlı Qüvvələrinin Xatəm əl-Ənbiya mərkəzi qərargahının nümayəndəsinə istinadla məlumat yayıb.
Onun sözlərinə görə, ABŞ hərbçiləri tərəfindən ələ keçirilən gəmi Çindən Oman körfəzinə gedirdi. Onlar atəşkəsi pozaraq gəmiyə atəş açıblar və naviqasiya sistemini sıradan çıxarıblar. Buna cavab olaraq İran ABŞ gəmilərinə dronlarla hücum edib.
Mərkəzi qərargahın nümayəndəsi respublikanın silahlı qüvvələrinin "piratçılığa" və Amerika tərəfinin hücumlarına cavab verməyə davam etmək niyyətində olduğunu bildirib.
V. Quliyev