Pakistan hakimiyyəti ilk sülh danışıqlarından əvvəl paytaxt İslamabadın yolunu bağlayaraq, dəbdəbəli beşulduzlu “Serena” otelinin ətrafındakı 3 kilometrlik zonaya girişi qadağan edib.
Reyting.az “Reuters”-ə istinadla xəbər verir ki, həm Amerika, həm də İran nümayəndə heyətlərinin adıçəkilən oteldə qalacağı gözlənilir. Otel bütün qonaqlardan bazar gününə qədər getmələrini xahiş edib.
Danışıqlarla tanış olan Pakistan mənbəsi bildirib ki, Pakistan Livanda, eləcə də İsrailin İranı dəstəkləyən qüvvələrə zərbə endirdiyi başqa bir ölkədə - Yəməndə də atəşkəs rejimini təmin etməyə çalışır.
Məlumata görə, bu məsələ də danışıqlar zamanı müzakirə olunacaq.
Xatırladaq ki, İran və ABŞ arasında danışıqların aprelin 10-da İslamabadda keçirilməsi planlaşdırılır.
V. Quliyev