Harvard Universitetinin alimləri "yeni insan tipi" adlandırılan tarixi fenomen insanın mərhələli əlamətlərini araşdırıblar.
Reyting.az xəbər verir ki, ABŞ-da aparılan birgə araşdırma barədə "Nature" jurnalı yazıb.
Qeyd olunur ki, son 10 min ildə DNT mutasiyaları insanın, xüsusilə avropalıların görünüşünü gözləniləndən daha sürətlə dəyişdirib.
Araşdırmanın nəticəsinə görə, ümumilikdə qırmızı saç geninin yayılması çox artıb, eyni zamanda bəzi xüsusiyyətlər formalaşıb.
Elm adamları vurğulayıblar ki, bu müddət ərzində çox yüksək bir səviyyədə intellekt, güclü immunitet, eləcə də cüzam xəstəliyinə qarşı möhkəm davamlılıq, HİV-ə qarşı formalaşan təbii müqavimət və aşağı piy faizi, o cümlədən oynaq xəstəliklərinin riskinin getdikcə azalması müşahidə edilib.
Mütəxəssislər bəzi mənfi təsirlərin olduğunu da bildiriblər. Onlar əlavə kimi qlütenə qarşı dözümsüzlük, yəni çölyakiya riskinin artdığını misal çəkiblər.
Tədqiqatçılar Qərbi Avrasiyada yaşamış 16 min insanın genomunu dərindən araşdırmaqla müəyyən ediblər ki, genetik dəyişikliklər daha çox kənd təsərrüfatına insanın keçidindən sonra sürətlənib və yeni qidalanma, həyat tərzi bəzi mutasiyaların üstünlük qazanmasına səbəb olub.
Alimlər yaxın gələcəkdə bu sahədə tədqiqatlarını digər regionlarda da genişləndirməyi planlaşdırırlar.
Oqtay Qorçu