Advert
Advert

İnsanın görmə qabiliyyəti ilə bağlı yeni araşdırma aparılıb

Tarix:
İnsanın görmə qabiliyyəti ilə bağlı yeni araşdırma aparılıb
Reklam

Polşa fizikləri müəyyən ediblər ki, əslində, insanın gözü müəyyən şərtlərlə infraqırmızı şüalanmanı görmək qabiliyyətinə malikdir. Alimlərin araşdırmalarına görə, tor qişadakı rodopsin piqmenti eyni anda iki infraqırmızı fotonu udduğu zaman onların ümumi enerjisi işıq kimi görünür və qəbul olunur ki, bunun da nəticəsində insan yaşıl işıq parıltısını aydın sezə bilir.

Reyting.az-ın məlumatına görə, tədqiqatçılar müəyyən ediblər ki, bu "iki fotonlu görmə" lazer şüasının diametri və tor qişaya fokuslanma dəqiqliyindən çox güclü şəkildə asılıdır. 

Bu sahədə aparılan təcrübələrdə iştirak edən könüllülərin hamısı həm yaşıl, həm də yaxın infraqırmızı lazer impulslarını maneəsiz və tam aydın şəkildə görə biliblər.

Polşalı elm adamlarının tədqiqatları sübut edib ki, infraqırmızı görmədə şüanın zəif fokuslanması siqnalın sürətlə itməsinə səbəb olur. Alimlərin fikrincə, yeni nəticələr gələcəkdə müasir ekranların və sensorların, həmçinin görmə diaqnostikası ilə bağlı yeni nəsil texnologiyalarının hazırlanmasına böyük töhfələr verə bilər.

Oqtay Qorçu

Reklam