Advert
Advert

İnkişaf etmiş ölkələrdə maraqlı araşdırma aparıblar

Tarix:
İnkişaf etmiş ölkələrdə maraqlı araşdırma aparıblar
Reklam

İqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə adambaşına düşən CO₂-nin (karbon dioksid adlanan kimyəvi birləşmə) miqdarı açıqlanıb. Dünyanın 30 ən böyük iqtisadiyyatına malik ölkələrdə aparılan müqayisəli araşdırmalar göstərib ki, ölkələr üzrə adambaşına düşən karbon emissiyaları çox kəskin fərqlənir. 

Reyting.az xəbər verir ki, "Our World in Data" nəşrinin məlumatlarına görə, bəzi ölkələrdə bununla bağlı göstərici digərlərindən təxminən 10 dəfə yüksəkdir.

Neft ölkəsi Səudiyyə Ərəbistanı, həmçinin Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələrdə isə adambaşına illik emissiyalar 20 ton CO₂-ni keçir. Bu, əsasən enerji tutumlu sənaye və fosil yanacaqlardan asılılıqla bağlıdır.

Onları Avstraliya, ABŞ və Kanada izləyir ki, bu ölkələrin göstəricisi dünya ortalamasından təxminən 3 dəfədən də yüksəkdir. 

Siyahıda yer tutan Rusiya da Avropanın böyük iqtisadiyyatları arasında ən yüksək göstəricilərdən birinə malikdir - təxminən 12,3 ton CO₂.

Asiyadakı fərqlər daha nəzərəçarpandır: Cənubi Koreya (11,3 ton) və Sinqapur (9,2 ton) regionda ön sıralardadır. Çin dövləti isə adambaşına 8,7 ton emissiya göstərici ilə həm ən böyük çirkləndirici, həm də saf, təmiz enerji sahəsində liderlərdən biridir.

Ən aşağı göstəricilərdən biri Hindistanda qeydə alınıb. Bu ölkədə karbon dioksidin təxminən 2,2 ton CO₂ olduğu ortaya çıxıb. Lakin bununla belə, bu ölkə bərpa olunan enerji, xüsusilə günəş enerjisi sahəsində getdikcə daha da sürətlə inkişaf edir.

Oqtay QORÇU

Reklam