İndoneziya sahillərində 7,4 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanlar gecə saatlarında 450 mindən çox insanın yaşadığı Manado şəhərindən 163 kilometr şərqdə baş verib.
Reyting.az xarici mediaya istinadla bildirir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin ocağı 35 kilometr dərinlikdə olub. Xəsarət alan və dağıntılar barədə hələlik məlumat verilməyib.
Bundan əvvəl yapon alimləri güclü zəlzələləri proqnozlaşdırmağın yeni üsulunu kəşf etmişdilər. Onlar belə qənaətə gəliblər ki, əvvəllər əhəmiyyətsiz hesab edilən kiçik zəlzələlər Yer qabığında stressin yığılmasından xəbər verə bilər.
V. Quliyev