Advert
Advert

İlon Mask tezliklə trilyonçu ola bilər

Tarix:
İlon Mask tezliklə trilyonçu ola bilər
Reklam

Amerikalı milyarder, dünyanın ən varlı iş adamlarından biri olan İlon Maska məxsus “SpaceX” şirkətinin IPO-su (ilkin səhmlərin açıq satışa çıxarılması) baş tutarsa və gözlənildiyi kimi 1,75 trilyon dollar dəyərində qiymətləndirilərsə, şirkət sürətlə böyüyərək dünyanın ən böyük 10 korporasiyası sırasında təxminən 8-ci yerə yüksələ bilər.

Reyting.az xəbər verir ki, bu göstərici ilə Maskın şirkəti “Apple”, “Microsoft” və “Amazon” kimi texnologiya nəhəngləri ilə ciddi rəqabətə qoşularaq qlobal bazarda mühüm mövqe qazanar.

Məlumata görə, bu ssenari reallaşarsa, “SpaceX” şirkəti “Saudi Aramco”-nun 2019-cu ildəki rekord IPO göstəricisini geridə qoyaraq bu sahədə yeni rekord müəyyən edən ilk ABŞ şirkəti ola bilər.

Xatırladaq ki, “SpaceX” artıq qlobal raket buraxılışlarının böyük hissəsini həyata keçirir və eyni zamanda Starlink peyk internet şəbəkəsini idarə edir.

Oqtay Qorçu
 

Reklam