Advert
Advert

İlk dəfə gecə səmasının tam görüntüsü qeydə alınıb

Tarix:
İlk dəfə gecə səmasının tam görüntüsü qeydə alınıb
Reklam

Tam aydın görünüşə malik gecə səmasının xəritəsi hazırlanıb. Xəritə NASA-ya (ABŞ Milli Aeronavtika və Kosmos Agentliyi) məxsus “TESS” kosmik teleskopu tərəfindən qeydə alınıb və indiyədək hazırlanmış ən dəqiq xəritə hesab olunur.

Reyting.az xəbər verir ki, yeni xəritədə Günəş sistemindən kənarda yerləşən təxminən 6 min potensial ekzoplanet göstərilib.

2018-ci ildə orbitə buraxılan və uzun illərdir kəşfiyyat xarakterli müşahidələr aparan “TESS” teleskopu ulduzların parlaqlığındakı kiçik dəyişiklikləri izləyərək yeni planetlər aşkar edir. Mütəxəssislərin sözlərinə görə, missiyanın 2025-ci ilin sentyabr ayına qədər topladığı məlumatlar əsasında hazırlanan mozaika 96 səma sektorunu əhatə edir.

Xəritədə mavi nöqtələrlə işarələnən təxminən 700 təsdiqlənmiş ekzoplanet, narıncı nöqtələrlə isə hələ tam təsdiqini gözləyən namizədlər göstərilib.

Alimlərin fikrincə, yeni xəritədə öz ulduzu tərəfindən məhv edilən və güclü vulkanik proseslərlə müşahidə olunan ekzotik planetlər də yer alıb. NASA mütəxəssisləri hesab edirlər ki, bu məlumatlar yaxın gələcəkdə yeni elmi tədqiqatların əsas mövzularından birinə çevrilə bilər.

Oqtay Qorçu
 

Reklam