Advert
Advert

İlham Əliyev Gürcüstana gedib - (Yenilənib)

Tarix:
İlham Əliyev Gürcüstana gedib - (Yenilənib)
Reklam

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 6-da Gürcüstana dövlət səfərinə gəlib.

Reyting.az xəbər verir ki, dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsinin düzüldüyü Tbilisi şəhərinin Şota Rustaveli Beynəlxalq Hava Limanında İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili və digər rəsmi şəxslər qarşılayıblar.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 6-da Tbilisidə Qəhrəmanlar Memorialını ziyarət ediblər.

Reyting.az xəbər verir ki, dövlətimizin başçısı Memorialın önünə əklil qoyub.

Sonra Azərbaycanın və Gürcüstanın Dövlət himnləri səsləndirilib.

***

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Tbilisidə Heydər Əliyev adına mədəniyyət və istirahət parkında xalqımızın Ümummilli Liderinin abidəsini ziyarət ediblər.

Reyting.az xəbər verir ki, dövlət başçısı abidənin önünə əklil qoyub.

***

 

Reklam