Çinin dövlət borcu ölkənin tarixində ilk dəfə Avropa İttifaqına üzvü olan ölkələrin ümumi borcunu keçib. Bunun qlobal borclanma strukturunda mühüm dəyişikliklərlə əlaqəli olduğu bildirilir.
Reyting.az xəbər verir ki, 2008-ci il maliyyə böhranından sonra ABŞ və Çini, eləcə də Avropanı fərqli borclanma trayektoriyaları izləyib. Avropa ölkələri borc artımını nisbətən məhdud saxladığı halda, ABŞ və xüsusilə də Çin borclanmanı sürətlə artırıblar.
2025-ci ildə Çinin ümumi dövlət borcu 18,7 trilyon dollara çatmaqla, Avropa İttifaqının 17,6 trilyon dollarlıq göstəricisini ötüb. ABŞ isə 38,3 trilyon dollar borcla hər iki tərəfi xeyli qabaqlayır.
Çində borcun sürətli artımı əsasən kreditlərin genişlənməsi və iri infrastruktur layihələri ilə bağlıdır. Avropa İttifaqında isə daha sərt büdcə qaydaları borcun artımını kəskin şəkildə məhdudlaşdırıb. ABŞ-da əksinə, yüksək xərclər və davamlı büdcə kəsirləri borcun kəskin artmasına səbəb olub.
Oqtay QORÇU