Advert
Advert

İki qadının qətlində şübhəli şəxs saxlanılıb

Tarix:
İki qadının qətlində şübhəli şəxs saxlanılıb
Reklam

Bu gün Masazırda iki qadına kəsici-deşici alətlə xəsarət yetirilməsi və onların hadisə yerində ölməsi barədə polisə məlumat daxil olub.

Reyting.az xəbər verir ki, ölən şəxslərin 1987-ci il təvəllüdlü Pərişan Əlövsət qızı Süleymanova və 1996-cı ildə anadan olmuş Nuranə Rüstəm qızı İsgəndərli olduqları müəyyən edilib.

Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələrilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

İlkin məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 29 yaşlı Vüsal İsgəndərli polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Goranboy rayonu ərazisində saxlanılaraq istintaqa təhvil verilib.

Reklam