Rusiyanın “xüsusi hərbi əməliyyatının” ilk günlərində Fransa Prezidenti Emmanuel Makron və Almaniyanın keçmiş kansleri Olaf Şolts Ukraynanın bir neçə gündən çox dayana bilməyəcəyini düşünərək, Kiyevi təslim olmağa çağırıblar.
Reyting.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə alman jurnalistləri Oliver Şröm və Ulrix Tiele analitik məqalə yazıblar.
Onların qeyd etdiyinə görə, 2022-ci ildə Ukrayna lideri Zelenski Polşanın keçmiş baş naziri Mateusz Moraveckiyə Avropa liderlərinin oxşar çağırışlarla etdiyi zənglərdən şikayətlənib: “Mateusz, lütfən, bu iki oğlana deyə bilərsənmi ki, məni təslim olmağa çağırmağı dayandırsınlar?”.
V. Quliyev