Advert
Advert

İdmançımız Dünya Kubokunda növbəti dəfə qələbə qazanıb

Tarix:
İdmançımız Dünya Kubokunda növbəti dəfə qələbə qazanıb
Reklam

Azərbaycan boksçusu Nəbi İsgəndərov (70 kq) Braziliyanın Fos-du-İquasu şəhərində keçirilən Dünya Kubokunda növbəti qələbəsini qazanıb.

Reyting.az xəbər verir ki, bunu Azərbaycan Boks Federasiyasından bildiriblər.

Məlumata görə, milli üzvü 1/8 finalda Murodjon Aşuraliyevlə (Tacikistan) üz-üzə gəlib.

Hər 3 raundu xeyrinə bitirən boksçu yekunda 5:0 (30:27, 30:27, 30:27, 30:27, 29:28) hesabı ilə qalib gəlib. O, sabah 1/4 finalda Farux Toxtassunovla (Qazaxıstan) gücünü yoxlayacaq.

Qeyd edək ki, Dünya Kubokunda İsgəndərov millimizin 1/4 finalda mübarizə aparacaq 4-cü boksçusu olub. Daha bir idmançımız isə sözügedən mərhələyə vəsiqə üçün bu gün rinqə çıxacaq.
 

Reklam