Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Memarlıq və Şəhərsalma idarəsinin rəisini vəzifədən azad edib.
Reyting.az "Unikal"a istinadən xəbər verir ki, Rəşad Əhmədəliyev ərizəsi alınaraq işdən çıxarılıb. Onun işdən çıxarılmasına çoxsaylı şikayətlərin səbəb olduğu bildirilir.
Məlumata görə, Rəşad Əhmədəliyev şəhid ailələrini, qaziləri və digər sakinləri vaxtlı-vaxtında qəbul etmir, onların problemlərini həll etməkdən yayınırmış. Onun şəhərdə qeyri-qanuni tikintilərin aparılmasına icazə verilməsində də rolu olub.
Qeyd edək ki, mediada Rəşad Əhmədəliyevin çoxsaylı avtomobilləri və obyektləri olması barədə də məlumat yayılmışdı.