Advert
Advert

Hörmüz qarşıdurma nöqtəsidir

Tarix:
Hörmüz qarşıdurma nöqtəsidir
Reklam

ABŞ-ın “D. Eisenhower” təyyarədaşıyan gəmisi və digər döyüş gəmiləri Hörmüz boğazından keçərək Fars körfəzinə daxil olub.

Reyting.az-ın xarici mediaya istinadla verdiyi məlumata görə, İran parlamentinin sədri deyib ki, ABŞ Prezidentinin “cəsarətli” bəyanatlarına baxmayaraq, İran təhdid altında danışıqlara getməyəcək. 

ABŞ lideri Tramp isə hesab edir ki, o, “İrandakı müharibədə böyük fərqlə qalib gəlir” və onu bitirən “sövdələşmə” Birgə Hərtərəfli Fəaliyyət Planından daha yaxşı olacaq.

Ağ Ev sahibi sosial şəbəkədə yazıb: 

“Mən müharibədə böyük fərqlə qalib gəlirəm, işlər çox yaxşı gedir, ordumuz heyrətamiz performans göstərir”. 

Trampın sözlərinə görə, Amerikanın Hörmüz boğazındakı blokadası İrana gündə 500 milyon dollara başa gəlir ki, bu da ölkəni müflis edir və ABŞ blokadanı yalnız razılıq əldə edildikdən sonra aradan qaldıracaq.

Y. Qacar
 

Reklam